İstiqamətlərin əldə olunması
Piyada və ya avtomobillə hərəkət zamanı və ya ictimai nəqliyyatdan istifadə edərkən
istiqamətləri əldə edin - bașlanğıc nöqtəsi olaraq cari yerinizi və ya hər hansı digər yeri götürün.
1. Vurun: Xəritələr > > İstiqamətlər.
2. Cari yerinizin bașlanğıc nöqtəsi olmasını istəmirsinizsə, axtarış panelinə toxunun və
başlanğıc nöqtəni axtarın.
3. İkinci axtarış xanasına toxunun və təyinat yerini axtarın.
Xəritədə marșrut və ora çatmaq üçün nə qədər vaxtın lazım olduğu göstərilir. Hərtərəfli
istiqamətləri görmək üçün məlumata toxunun.
Avtomobili idarə etmək üçün mərhələli şəkildə səsli naviqasiya əldə edin
Gediləcək yerinizi təyin etdikdən sonra (mövcud yerinizdən başlanğıc məntəqəsi kimi istifadə
edin) seçiminə toxunun və getmək istədiyiniz marşrutun yanında (bir neçə seçim ola bilər)
Keç seçiminə toxunun.
Naviqasiya görünüşünü bağlamaq üçün > Çıx seçiminə toxunun.
Piyada istiqamətlərinin əldə edilməsi
Marşrutunuzu yaratdıqdan sonra seçiminə toxunun.
İşarə:Siz hər dəfə telefonun ekranına baxmamaq üçün səsli, mərhələli şəkildə olan
istiqamətləri dinləyə bilərsiniz. Marşrutun yanında Keç seçiminə toxunun.
İctimai nəqliyyat üzrə istiqamətlərin əldə edilməsi
Toxunun və marşrutunuzu yaradın.
İctimai nəqliyyat haqda məlumat dünyanın seçilmiş şəhərlərində mövcuddur.
İşarə:Səyahətinizi nə vaxt başlamaq istədiyinizi və getmək istədiyiniz marşrutun növünü
seçə bilərsiniz. Marşrutunuzu yaratmazdan əvvəl Seçimlər toxunun və səyahətiniz üçün
ən yaxşı seçimləri seçin.