Telefonunuz cavab vermirsə
Əgər telefonunuz öyrəșdiyiniz yolla ișləməyi və ya cavab verməyi dayandırarsa, siz davam
etmək üçün onu cəld yenidən bașlada bilərsiniz.
Așağıdakıları cəhd edin:
•
1-düyməli yenidən bașlatma metodu: Təxminən 10 saniyə ișəsalma düyməsini basıb
saxlayın. Telefon ișə düșür.
•
2-düyməli yenidən bașlatma metodu: Səs səviyyəsini azaltma düyməsini və ișəsalma
düyməsini eyni vaxtda təxminən 10 saniyə basıb saxlayın. Telefon ișə düșür.
Hansı yenidən bașlatma metodunun telefonunuza uyğun olduğundan əmin deyilsinizsə,
www.microsoft.com/mobile/support/wpfeatures ünvanına daxil olun.
Telefonunuz tez-tez cavab vermirsə, telefonunuzun proqram təminatını yeniləyin və ya
telefonunuzu sıfırlayın. Sıfırlama zavod parametrlərini bərpa edir, eləcə də, satın aldığınız və
yüklədiyiniz proqramlar daxil olmaqla bütün șəxsi məlumatları silir. Ekranın yuxarısından așağı
çəkin və Bütün parametrlər > Sistem > Haqqında > Telefonunuzu ilkin vəziyyətinə
bərpa edin seçiminə toxunun.
Əgər probleminiz həll olmamıș qalırsa, təmir seçimləri üçün șəbəkə xidməti provayderi və ya
istehsalçı ilə əlaqə saxlayın. Telefonunuzu təmirə göndərməzdən əvvəl həmișə
telefonunuzdakı məlumatların nüsxəsini çıxarın, çünki telefonunuzdakı bütün șəxsi məlumatlar
silinə bilər.
İşarə:Telefonunuzu müəyyən etmək, vahid IMEI nömrəsini öyrənmək istəyirsinizsə,
*#06# nömrəsinə zəng edin. Siz həmçinin IMEI nömrəsini telefonun üzərində tapa
bilərsiniz. Təfərrüatlar üçün onlayn istifadəçi təlimatında məhsul və təhlükəsizlik
məlumatlarına baxın.
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
137
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
138