Microsoft Lumia 650 Dual SIM - Telefonda məlumatların nüsxəsini çıxartmaq və bərpa etmək

background image

Telefonda məlumatların nüsxəsini çıxartmaq və bərpa etmək
Qəzalar qaçılmazdır. Buna görə də, parametr və məzmununuzun, məsələn, başlama ekranının

düzümü və Microsoft hesabında digər məzmunun nüsxəsini çıxardın.
Telefonunuzun nüsxəsini çıxartmaq üçün sizə Microsoft hesabı lazımdır. Microsoft hesabınızı

qurduğunuz zaman, əlaqə şəxsləri və təqvim hadisələrinizin avtomatik olaraq ehtiyat nüsxəsi

çıxarılır və onlar Microsoft hesabı ilə sinxronlaşmada saxlanır. Siz həm də telefonunuzu

aşağıdakıların ehtiyat nüsxəsini çıxarmağa qura bilərsiniz:
• Proqram siyahısı
• Şəkillər
• Seçilən parametrlər
• Hesablar
• Parollar
• Mətn mesajları
1. Ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Yeniləmə və

təhlükəsizlik > Ehtiyat nüsxə toxunun.

2. Tələb olunduqda Microsoft hesabınıza daxil olun.

3. Nəyin və necə nüsxəsinin çıxarılmalı olduğunu seçin. Gələcək videolarınızın və ya ən yaxşı

keyfiyyətli fotolarınızın ehtiyat nüsxəsini OneDrive avtomatik çıxarmaq üçün sizə WiFi

bağlantısı lazımdır.
Endirdiyiniz proqramlardan bəziləri ehtiyat nüsxədə daxil edilməyibsə, proqram mövcud

olduğu müddətcə onları yenidən Mağaza endirə bilərsiniz. Mağaza aldığınız proqramları

© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

123

background image

xatırlayır, ona görə də onlar üçün yenidən ödəməyə ehtiyac yoxdur. Məlumat ötürülməsi

xərcləri tətbiq oluna bilər. Əlavə məlumat üçün șəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
Telefon ehtiyat nüsxələriniz OneDrive əsas görünüşündə görünmür, lakin siz onları OneDrive

parametrlərində tapa bilərsiniz. Ehtiyat nüsxəsi çıxarılan əlaqə şəxslərinizi people.live.com

calendar.live.com təqvim tədbirlərinizi yoxlayın.
OneDrive-da məlumatların təhlükəsizliyi ilə bağlı məlumat üçün

windows.microsoft.com/en-gb/onedrive/security seçiminə keçin.
Digər məzmun növlərinin, məsələn musiqinizin ehtiyat nüsxəsini çıxartmaq üçün telefonunuzu

kompüterinizə qoşun və kompüterin ekranında görünən təlimatlara əməl edin. 2 seçiminiz var:

ya iş masası üçün Telefon Kompanyonu proqramından istifadə edərək telefon və kompüteriniz

arasında sinxronlaşdırın və ya Windows Explorer kimi kompüterinizin fayl menecerində

məzmunu telefondan kompüterə sürükləyin və buraxın.
Daha əvvəl çəkdiyiniz şəkillərin OneDrive-da nüsxəsini çıxartmaq

Toxunun Şəkillər > , yükləmək istədiyiniz fotoları və ya albomları seçin, >

OneDrivetoxunun, fotoları hara yükləmək istədiyinizi seçin və toxunun.
Ehtiyat nüsxəsini çıxardığınız fotoları yoxlamaq üçün istənilən cihazda OneDrive daxil olun və

fotoları saxladığınız qovluğu yoxlayın.
Musiqinizin OneDrive-a ehtiyat nüsxəsini çıxarın

Toxunun OneDrive > > This device, yükləmək istədiyiniz musiqi faylını seçin və

toxunun.
Nüsxəsi çıxarılmış məlumatları bərpa etmək

Siz telefonun proqram təminatını ilkin vəziyyətinə bərpa etdikdən və ya yenilədikdən sonra və

ya yeni telefonu qurarkən nüsxəsini çıxartdığınız məlumatları bərpa edə bilərsiniz. Microsoft

hesabınıza daxil olun və telefonda göstərilən təlimatlara əməl edin. Telefonunuzu ilkin

vəziyyətinə bərpa etmək üçün ekranının yuxarısından aşağı çəkin və Bütün parametrlər >

Sistem > Haqqında > Telefonunuzu ilkin vəziyyətinə bərpa edin toxunun. Sıfırlama

istehsalçı parametrlərini bərpa edir və bütün şəxsi məlumatları silir, lakin Microsoft hesabınıza

daxil olduqdan sonra ehtiyat nüsxəsi çıxarılmış məlumatları bərpa etmək olar.