Giriş kodları
Telefonunuzdakı müxtəlif kodların nə üçün olduğunu öyrənin.
SIM PIN kodu
(4-8 rəqəm)
Bu, SIM kartınızı icazəsiz istifadədən qoruyur
və ya bəzi xüsusiyyətlərə daxil olmaq üçün
tələb olunur.
Siz telefonunuzu yandıran zaman SİM PİN
kodu istəməsini qura bilərsiniz.
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
134
Kodunuzu unutmusunuzsa və ya o, kartınızla
birlikdə təmin edilməyibsə, şəbəkə xidməti
təminatçınızla əlaqə saxlayın.
Ardıcıl olaraq 3 dəfə kodunuzu səhv yazsanız,
PUK kodu ilə telefonu blokdan
çıxartmalısınız.
PUK
Bu, SIM PIN kodu blokdan çıxarmaq üçün
lazımdır.
Əgər kod SIM kartınızla təchiz olunmayıbsa,
şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik kodu (giriş PIN-i, kilid ekranı
PIN-i)
(minimum 4 rəqəm)
Bu, telefonunuzu icazəsiz istifadəyə qarşı
qorumağa və kimliyinizi yoxlamağa kömək
edir.
Məsələn, telefonunuzu kilidi açanda,
təhlükəsizlik parametrlərini dəyişəndə və ya
Mağaza mağazasında proqram alanda PIN-i
soruşmağa təyin edə bilərsiniz. Bu PIN-i
özünüz müəyyən edə bilərsiniz.
PIN-i gizli və təhlükəsiz yerdə, telefondan
ayrıca saxlayın.
Əgər giriş PIN-ni unutsanız və onu istənilən
halda bərpa edə və ya ilkin vəziyyətinə bərpa
edə bilmirsinizsə, telefonunuz xidməti tələb
edəcək. Əlavə xərclər tələb oluna və
telefonunuzda olan şəxsi məlumatlar silinə
bilər.
Ətraflı məlumat üçün telefonunuz üçün ən
yaxın müştəri xidmətləri və ya telefon
dilerinizlə əlaqə saxlayın.
IMEI
Bu şəbəkədə olan telefonları təyin etmək
üçün istifadə edilir. Nömrənizi müştəri
xidmətləri və ya telefon dilerinizə verməyiniz
lazım gələ bilər.
IMEI nömrənizə baxmaq üçün *#06# yığın.
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
135