Telefonun proqram təminatını yeniləmək
Yeniliklərlə ayaqlaşın – telefonunuz üçün yeni və təkmil xüsusiyyətləri əldə etmək üçün
telefonunuzun proqram təminatını və proqramları simsiz şəkildə yeniləyin. Proqram təminatını
yeniləmək telefonun məhsuldarlığını təkmilləşdirə bilər.
Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna
əmin olun.
Xəbərdarlıq: Proqram yeniləməsini quraşdırsanız, quraşdırma prosesi bitənə və cihaz
yenidən işə düşənə qədər cihazdan istifadə etmək və hətta təcili yardım zənglərini də
etmək mümkün olmayacaq.
Susmaya görə, məsələn, məlumat bağlantısı parametrləri icazə verdikdə, telefonunuz
avtomatik olaraq mövcud yeniləmələri yükləyəcək. Telefonunuz yeniləməyə dair bildirdikdə
sadəcə olaraq telefonun ekranında göstərilən təlimatlara əməl edin. Telefonunuzun yaddaşı
azdırsa, siz proqramlar, şəkillər və digər materialları yaddaş kartına apara bilərsiniz. Yaddaş
kartı bütün telefonlar tərəfindən dəstəklənmir. Mümkünlük üçün www.microsoft.com/
mobile/support/wpfeatures ünvanına keçin.
İşarə:Proqramlarınızı yaddaş kartına aparmaq üçün Yaddaş > This Device >
Proqramlar və oyunlar seçiminə toxunun, yerini dəyişdirmək istədiyiniz proqrama
toxunun və Yerini dəyiş seçiminə toxunun.
İşarə:Standart olaraq Wi-Fi şəbəkəsinə qoşulu olduğunuz zaman telefonunuz
proqramlarınızı və digər komponentləri avtomatik yeniləyir.
Yeniləmədən sonra yeni istifadəçi təlimatınız üçün Lumia Kömək+Məsləhətlər proqramı və ya
dəstək üzrə səhifələri yoxlayın.
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
117