Telefonun idarəetmə rejimini qurmaq
İdarəetmə rejimi avtomobili idarə edərkən diqqətin yayınmasını azaltmağa və diqqəti yola
cəmləməyə kömək edir.
1. Ekranın yuxarısından așağı çəkin və Bütün parametrlər > Sistem > Sürücü rejimi >
Növbəti seçiminə toxunun.
2. Telefonun zəngləri qəbul etməməsi üçün Zəngləri rədd et parametrini Aktiv təyin edin.
Telefonun mesajları qəbul etməməsi üçün Mətn mesajlarını rədd et parametrini Aktiv
təyin edin.
3. Vurun: Növbəti.
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
122
4. Zəng və ya mesaj gələrkən, nə üçün cavab verə bilmədiyinizə dair avtomatik mətn mesajı
göndərmək üçün Zənglərə mesajla cavablar, Mətnlərə mesajla cavablar və ya hər ikisini
Aktiv təyin edin. Mesajı redaktə etmək üçün mətn xanasına vurun.
5. Növbəti > Cihaz əlavə et vurub avtomobili idarə edərkən qoșulduğunuz Bluetooth
cihazına, məsələn, qulaqlığa vurun.
Telefon və əlavə edilmiș Bluetooth cihazı qoșulduqda idarəetmə rejimi avtomatik bașlayır.