Outlook məzmununu Android telefonu və ya iPhone-dan ötürün
Outlook poçtları, əlaqə şəxsləri və təqvim daxiletmələrini Android telefonu və ya iPhone-dan
yeni Lumia-nıza ötürmək üçün Microsoft hesabınızdan istifadə edin.
Sizə Android ptelefonu və ya iPhone-da Microsoft Outlook proqramı lazımdır.
1. Köhnə Android telefonu və ya iPhone-unuzda Google və ya iCloud hesabınızı Outlook
proqramınıza əlavə edin. Yeni telefonunuza ötürmək istədiyiniz bütün məzmunun hesabınızda
sinxronlaşdırıldığına əmin olun.
2. Yeni Lumia-nızda Outlook Mail > Get started > Add account toxunun.
3. Google və ya iCloud hesabınıza daxil olun və Ready to go toxunun.
Poçt, əlaqələr və təqvim elementləri avtomatik olaraq yeni telefonunuza sinxronlaşdırılır.
Məzmundan istifadənin mümkün olması bir az vaxt apara bilər.
İşarə:Siz həm də köhnə telefonunuzdan foto və videoları yeni Lumia-nıza ötürə bilərsiniz.
Android telefonunuzda və ya iPhone-da OneDrive proqramını quraşdırın, Microsoft
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
20
hesabınızdan istifadə etməklə proqrama daxil olun və istədiyiniz faylları OneDrive-a
əlavə edin.
Outlook proqramından istifadə edərək məzmununuzu necə sinxronlaşdırmaq haqqında ətraflı
məlumat üçün support.microsoft.com ünvanına keçin və Windows telefonları üçün
təlimatlara baxın.
Lumia telefonunuza sinxronlaşdırmaq istədiyiniz məzmunu seçin
Vurun: Outlook Mail > > Hesablar. Hesabı seçin, Change mailbox sync settings
toxunun və Sync Options altında nəyi sinxronlaşdırmaq istədiyinizi seçin.