Telefonu USB adapteri ilə doldurmaq
Batareyanız zavodda qismən doldurulur, lakin ilk dəfə telefonu yandırmazdan əvvəl onu
yenidən doldurmalı ola bilərsiniz.
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
7
Telefonunuzu doldurmaq üçün müvafiq USB kabelindən istifadə edin. Adapter ayrıca satıla
bilər.
1. Uyğun adapteri divar çıxıșına birləșdirin və naqili telefonunuza qoșun.
2. Batareya dolu olduqda, adapteri telefondan, sonra divardakı enerji mənbəyindən ayırın.
Batareyanı doldurmaq üçün müəyyən doldurulma limiti yoxdur və telefondan doldurulma
zamanı istifadə edə bilərsiniz.
Əgər batareya tamamilə boșalıbsa, doldurulma indikatoru göstərilməzdən əvvəl bir neçə
dəqiqəyə qədər vaxt apara bilər.
İşarə:Divar rozetkası olmadıqda USB ilə doldurulmadan istifadə edə bilərsiniz. Cihaz
doldurularkən məlumat ötürülə bilər. USB ilə doldurulmanın effektivliyi əhəmiyyətli
dərəcədə fərqlənə bilər və doldurulmanın bașlaması və cihazın fəaliyyətə bașlaması uzun
müddət çəkə bilər.
Kompüterin ișlək vəziyyətdə olmasını təmin edin.
Əvvəlcə USB kabelini kompüterə, sonra telefona qoșun. Batareya dolu olduqda, əvvəlcə
USB kabelini telefondan, sonra kompüterdən çıxardın.
Batareya dəfələrlə doldurula və boșaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danıșmaq
və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa, batareyanı dəyișin. Çıxarıla bilməyən
batareyanın dəyișdirilməsi üçün onu yaxınlıqda yerləșən səlahiyyətli xidmət mərkəzinə aparın.
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
8