Telefonunuzda bildirişləri yoxlayın
Siz cəld bildirişləri yoxlaya, bəzi parametrləri dəyişdirə və ya ekranın yuxarısından açılan
əməliyyat mərkəzində bəzi proqramlara qısayollar əlavə edə bilərsiniz.
Bildiriş nişanı sizin oxunmamış bildirişlərinizin olduğunu göstərir.
1. Ekranın yuxarısından așağı çəkin.
İşarə:Daha çox qısayol görmək məqsədilə Genişləndir seçiminə toxunun.
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
25
Bu ekranda siz aşağıdakıları edə bilərsiniz:
•
Buraxılan zənglərinizi və ən son oxunmamış poçt və mesajları görün
•
Mağaza-da mövcud proqram yeniləmələri kimi hər hansı bildirişləri yoxlayın
•
Hətta proqramı açmadan belə cəld bildirişlər üzərində işləyin. siz məsələn birbaşa
əməliyyat mərkəzindən mətn mesajına cavab verə bilərsiniz.
•
Proqramları açın
•
Cəld bütün parametrlərə keçin
•
Bəzi xüsusiyyətləri asanlıqla yandırmaq və ya söndürmək üçün qısayola toxunun. Yaxud
Wi-Fi kimi bəzi xüsusiyyətlərin parametrlərini dəyişdirmək üçün qısayola toxunub
saxlayın.
2. Menyunu bağlamaq üçün ekranın aşağısından yuxarı çəkin.
Bildirişi silin
Bildirişin sağ tərəfinə çəkin.
Əməliyyat mərkəzini fərdiləşdirin
Ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Sistem > Bildirişlər və
əməliyyatlar toxunun. Qısayolu dəyişdirmək üçün qısayolun və istədiyiniz proqramın üzərinə
toxunun. Siz həm də qəbul etmək istədiyiniz bildirişləri necə qəbul etməyi seçə bilərsiniz.