Uşaqlar üçün təhlükəsiz, əyləncəli başlama ekranı yaratmaq
Siz uşaqların təsadüfən iş poçtunuzu silməsindən, onlayn alış-veriş və ya nə isə başqa bir şey
etməsindən ehtiyat etməyərək onların telefondakı bəzi proqramlardan istifadə etməsinə icazə
verə bilərsiniz. Əylənmələri üçün seçilmiş proqramları, oyunları və digər sevimli elementləri
başlama ekranına əlavə edin.
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
39
1. Ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Hesablar > Uşaq otağı
toxunun.
2. Növbəti toxunun, uşaqlarınızın hansı məzmunu istifadə edə biləcəyini seçin və təlimatlara
əməl edin. Əgər uşağınızın öz başlama ekranınıza girişinin olmadığından əmin olmaq
istəyirsinizsə, giriş PIN-i təyin edə bilərsiniz.
Microsoft Edge proqramı Uşaq otağı mövcud olmadığı üçün uşaqlarınızın daxil olduğu veb-
saytlar haqqında narahat olmayacaqsınız.
Öz başlama ekranınıza daxil olmaq
İşəsalma düyməsini iki dəfə basın və öz kilid ekranınızda yuxarıya çəkin. Əgər giriş PIN-ni təyin
etmisinizsə, onu yazın.
Uşağın başlama ekranınıa geri qayıtmaq
Öz kilid ekranınızda sola vurun və uşağın kilid ekranında yuxarı çəkin.
Uşağın başlama ekranını söndürmək
Öz başlama ekranınızda ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər >
Hesablar > Uşaq otağı toxunun, Uşaq otağı və Qeyri-aktiv dəyişin.