Parıltı ekranı parametrlərini dəyişdir
Parıltı ekranı ilə hətta ekranınız gözləmə rejimində olduqda belə, siz vaxtı və digər məzmunları
asanlıqla yoxlaya bilərsiniz.
Parıltı ekranı parametrlərinin bəziləri bütün telefonlar tərəfindən dəstəklənmir.
1. Ekranın yuxarısından aşağı sürüşdürün və Bütün parametrlər > Əlavələr > Parıltı
ekranı toxunun.
2. Rejim seçimini Həmişə aktiv kimi dəyişin.
Parıltı ekranına fon şəkli əlavə edin
Əgər kilid ekranına fon şəkli təyin etsəniz, siz həm də onun parıltı ekranında görünməsini təyin
edə bilərsiniz. Ekranın yuxarısından aşağı sürüşdürün, Bütün parametrlər > Əlavələr >
Parıltı ekranı toxunun və Fon şəkli yan dırın.
Gecə rejimini yandırın
Ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər > Əlavələr > Parıltı ekranı
seçiminə toxunun və Gecə rejimi üçün parametri istədiyiniz şəkildə dəyişdirin. Əvvəlcə parıltı
ekranındakı mətn üçün rəng seçin və ya müəyyən vaxt müddətinə parıltı ekranını birdəfəlik
gizlədin. Sonra nə zaman gecə rejimini yandırmaq istədiyiniz vaxtı təyin edin.