Telefonunuza mövcud Microsoft hesabı əlavə edin
Əgər ilkin başlatma zamanı Microsoft hesabınıza daxil olmadınızsa, sonradan telefonunuza
hesab əlavə edə və məlumat və parametrlərinizi asanlıqla bütün cihazlarınızda əldə edə
bilərsiniz.
1. Ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Hesablar > E-poçt və
hesablarınız > Əvəzində Microsoft hesabı ilə daxil olun toxunun.
2. Mövcud Microsoft hesabınızın istifadəçi adı və parolu ilə daxil olun.
İşarə:Siz həmçinin mövcud Microsoft hesabı telefon nömrəsi və parolunuzdan istifadə
edərək daxil ola bilərsiniz.
3. Birdəfəlik təsdiqləmə kodunu necə almaq istədiyinizi seçin.
Eyniliyinizi təsdiqləmək üçün təsdiqləmə kodu tələb olunur. Hesabınız və şəxsi məlumatlarınız
hətta başqa birisi parolunuzu tapsa belə, təhlükəsizdir, çünki onun təsdiqləmə kodu almaq
üçün istifadə etdiyiniz digər cihaz və ya poçt ünvanına daxil olmaq imkanı olmayacaq.
4. Sorușularsa, poçt ünvanınızı və ya telefon nömrənizin son 4 rəqəmini yazın.
5. Kodu alandan sonra onu daxil edin.
İşarə:Siz mesajda kodu alanda telefonunuz bir müddətlik mesaj bildirișini göstərir.
Mesajı açmaq üçün bildirișə toxunun. Əgər bildiriș daha görünmürsə, onu əməliyyat
mərkəzində görmək üçün ekranın yuxarısından așağıya çəkin və ona toxunun. Kodu əlavə
edə biləcəyiniz görünüşə geri qayıtmaq üçün geri düyməsinə toxunub saxlayıb və
düzgün görünüşə toxunun.