Microsoft Lumia 650 Dual SIM - Microsoft hesabınızı yaratmaq

background image

Microsoft hesabınızı yaratmaq
Microsoft hesabı yaratmaqla, telefonunuzdan daha çox yararlanın. Telefonu ilk dəfə ișə

saldıqda Microsoft hesabı yaratmırsınızsa, siz həmișə onu sonradan edə bilərsiniz.

© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

30

background image

Əgər artıq Xbox Live, Hotmail.com və ya Outlook.com hesabınız varsa, yaxud Surface planșeti

və ya Windows kompüterində Microsoft hesabı yaratmısınızsa, yenisini yaratmağınıza ehtiyac

yoxdur, sadəcə olaraq həmin hesab üçün nəzərdə tutulmuș istifadəçi adı və parolla daxil olun.

Əgər hələ Microsoft hesabınız yoxdursa, onu telefonunuzla yarada bilərsiniz.
1. Ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Hesablar > E-poçt və

hesablarınız toxunun.

2. Vurun: Əvəzində Microsoft hesabı ilə daxil olun > Birini yarat.

3. Hesab təfərrüatlarınızı doldurun.
Telefonunuza əlavə etdiyiniz Microsoft hesabı üçün identifikasiya göstəricilərini xatırladığınıza

əmin olun.
4. Telefon nömrəsi və ya alternativ poçt ünvanını yazın. Onlardan birdəfəlik təsdiqləmə kodunu

göndərmək və verilənlərinizi qorumaq üçün istifadə olunur.

5. Birdəfəlik təsdiqləmə kodunu necə almaq istədiyinizi seçin.
Eyniliyinizi təsdiqləmək üçün təsdiqləmə kodu tələb olunur. Hesabınız və şəxsi məlumatlarınız

hətta başqa birisi parolunuzu tapsa belə, təhlükəsizdir, çünki onun təsdiqləmə kodu almaq

üçün istifadə etdiyiniz digər cihaz və ya poçt ünvanına daxil olmaq imkanı olmayacaq.
6. Sorușularsa, poçt ünvanınızı və ya telefon nömrənizin son 4 rəqəmini yazın.

7. Kodu alandan sonra onu daxil edin və məlumatlarınızın ehtiyat nüsxəsini çıxarmağa və

telefonunuzdan istifadə etməyə hazır olacaqsınız.

İşarə:Siz mesajda kodu alanda telefonunuz bir müddətlik mesaj bildirișini göstərir.

Mesajı açmaq üçün bildirișə toxunun. Əgər bildiriș daha görünmürsə, onu əməliyyat

mərkəzində görmək üçün ekranın yuxarısından așağıya çəkin və ona toxunun. Kodu əlavə

edə biləcəyiniz görünüşə geri qayıtmaq üçün geri düyməsinə toxunub saxlayıb və

düzgün görünüşə toxunun.

Telefonunuzda yaratdığınız Microsoft hesabı sizin bütün Microsoft cihazları və xidmətlərinizdə

olan hesabınızdır.
Siz həm də account.microsoft.com-da hesabınızı yarada və ya idarə edə bilərsiniz.

© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

31