Mesajlaşma problemləri ilə bağlı nasazlıqları aradan qaldırın
Əgər multimedia mesajı (MMS) göndərə bilmirsinizsə
• Daxil edilən SİM kartla telefonunuzu yenidən başladın və multimedia mesajını göndərməyə
yenidən cəhd edin (telefonunuz SİM kartdan parametrləri yükləyir).
© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
77
• Öz telefon nömrənizə multimedia mesajı göndərin. Bu şəkildə siz multimedia mesajları
göndərmək və qəbul etmək iqtidarında olub-olmadığınızı yoxlaya bilərsiniz.
• Əgər internetə qoşula bilirsinizsə, amma multimedia mesajları göndərə bilmirsinizsə,
şəbəkə xidməti provayderi üçün multimedia (MMS) parametrlərini tapmaq üçün onlayn
axtarış etməyə cəhd edin. MMS parametrlərini dəyişdirmək üçün ekranın yuxarısından
aşağı çəkin və Bütün parametrlər > Şəbəkə və simsiz > Mobil və SIM > SİM kart
parametrləri seçiminə toxunun.
• Əgər xaricdəsinizsə, telefon parametrlərinizdə məlumat rouminqinin yandırıldığını
yoxlayın.
İşarə:Multimedia mesajları göndərmək və qəbul etmək üçün internetə qoşulu
olmalısınız. SİM kartınızda aktiv mobil məlumatlar abunəsinə (internetə giriş) malik olub-
olmadığınızı şəbəkə xidməti provayderi ilə təsdiqləyin.