Əlaqəni axtarmaq
Əgər cəld dostunuzla əlaqə saxlamalısınızsa, bütün əlaqələr boyu sürüșdürməyinizə ehtiyac
yoxdur. Siz əlaqələr siyahınızdakı hərf və ya simvolu axtara və onlara keçə bilərsiniz. Zəng
etmək və ya mesaj göndərmək üçün səs əmrindən də istifadə edə bilərsiniz.
1. Əlaqələr > Əlaqə şəxsləri vurun.
2. Axtarış vurun və adı yazmağa bașlayın. Siyahı siz yazdıqda daralır.
İşarə:Ən vacıb əlaqələrinizi və ya əlaqə qrupunuzu bașlanğıc ekranına əlavə edin.
Əlaqəyə vurub saxlayın və sonra Başlanğıca daxil et seçiminə vurun.
Əlaqə siyahısında hərfə və ya simvola keçmək
Solda yerləșən əlaqə siyahısında hər hansı hərfə vurun və növbəti menyuda axtardığınız adın
ilk hərfinə və ya simvoluna vurun.
Zəng etmək və ya mesaj göndərmək üçün Cortana-dan istifadə edin
İstənilən görünüșdə axtarıș düyməsinə toxunub saxlayın və Zəng et və ya Mesaj yaz və
əlaqə șəxsinin adını deyin.